top of page

Qırğızıstanın sabiq baş naziri həbs edildi

  • Xuraman Həmidova
  • Jan 27, 2021
  • 1 min read

Qırğızıstanın keçmiş baş naziri Məhəmmədkalıy Abılqazıyev qanunsuz varlanmada şübhəli bilinərək saxlanılıb.

DİQQƏT.info xəbər verir ki, bu barədə “24.kg” agentliyi məlumat yayıb.

Məlumata görə, o, daha əvvəl sorğu-sual edilib. Bundan sonra ona qanunsuz varlanmada şübhəli bilinməsi haqqında xəbərdarlıq olunub.

Bundan başqa, Abılqazıyevin adı Kumtorun qızıl-filiz yatağı ilə bağlı işdə də hallandırılır.

Abılqazıyev hökumətə 2018-ci ildən 2020-ci ilin iyununa qədər başçılıq edib. O, ötən ilin 15 iyununda könüllü istefa verib. Baş nazir bu qərarını radiotezlik resurslarının yenidən tərtib etdirilməsi ilə bağlı cinayət işi üzrə hökumətin ünvanına səslənmiş ittihamlarla əlaqədar qəbul etdiyini bildirib./report

Comments


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page