Rusiyada 2017-ci ildə gözətçilər tərəfindən döyülərək öldürülülən məhkumun görüntüləri ortaya çıxıb.
DİQQƏT.info xəbər verir ki, 4 il əvvəl Moskva yaxınlığıda bir həbsxanada baş verən hadisə zamanı oğurluq etdiyi üçün həbsxanaya düşən 35 yaşlı məhkum Vazha Boçorişvili gözətçilər tərəfindən amansızcasına qətlə yetirilmişdi.
Görüntülərdə gözətçilərin işkəncə verdiyi məhkumun qanlar içində yalvardığı görülüb. Aldığı zərbələrdən sonra güclü qanaxma nəticəsində həyatını itirən məhkumun qardaşı cəsədi aldıqları zaman daxili orqanlarının olmadığını söyləyib.
Həbsxanadakı başqa bir məhkum isə gözətçilərin axtarış zamanı Qurani-Kərimi yerə atdıqları üçün Vazhanın reaksiya göstərdiyini və hadisənin bundan sonra baş verdiyini bildirib./moderator
Comentarios