top of page

Qordon ələ saldı: Solovyovun "dalını" qoruyun, yoxsa… - VİDEO

  • Xuraman Həmidova
  • Apr 1, 2021
  • 1 min read

Məşhur ukraynalı jurnalist Dmitri Qordon “Rossiya-1” telekanalının aparıcısı Vladimir Solovyovu ələ salıb.

DİQQƏT.info xəbər verir ki, “Ukrayna24” kanalında yayımlanan “Vremya Qolovanova” verilişində Qordon Yekaterina Strijenovanın Ukrayna əleyhinə təbliğatından danışıb:

“Yazığım gəldi. Niyə bu qədər gözəl qadın, neçə-neçə filmlərdə rol almış, Ukrayna kökləri olan istedadlı bir qadın Ukraynaya qarşı çirkin kampaniyalarda iştirak edir”.

Qordon Y.Strijevanın yıxılmasına diqqət çəkib:

“Yeri gəlmişkən, o, qolunu sındırıb. Ağlıma bir idaya gəlib. Rusiya telekanalının rəhbərliyi Solovyovun dalını (Qordon bu sözü açıq formada deyir – red.) da qorumalıdır ki, yıxılıb, dalını sındırmasın. Çünki o da Ukrayna haqqında həmişə məhz o yerdə (o studiyada – red.) dalı ilə danışır”, - Qordon bildirib.



Comentarios


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page