top of page

Qayınatası tərəfindən öldürülən gəlinlə bağlı açıqlama

  • Xuraman Həmidova
  • Feb 4, 2021
  • 1 min read

ree

Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi Bakıda qayınatası tərəfindən doğranaraq qətlə yetirilən qadının iki azyaşlı övladının nəzarətə götürüb.

DIQQƏT.info xəbər verir ki, bunu komitənin mətbuat xidmətinin rəhbəri Teymur Mərdanoğlu Trend-ə açıqlamasında deyib. O bildirib ki, hadisə baş verən gün komitə dərhal məsələ ilə maraqlanıb və məsələni nəzarətə götürüb:

"Bu hadisə hər birimizi kədərləndirir, gənc ananın xüsusi amansızlıqla qətlə yetirilməsi və iki azyaşlı övladının valideynsiz qalmasından təəssüflənirik. Komitə bu hadisə ilə bağlı araşdırmalar aparıb və anasını itirən iki azyaşlını mütəmadi nəzarətdə saxlayır. Hazırda iş üzrə istintaq gedir və uşaqlar ata nənəsinin himayəsindədir. İstintaq başa çatandan sonra əgər ehtiyac yaranarsa, uşaqlar ailədən alınıb dövlət himayəsinə veriləcək".


Comments


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page