top of page

Qaxda 90 yaşlı qadın bədbəxt hadisə nəticəsində öldü

  • Xuraman Həmidova
  • Apr 4, 2021
  • 1 min read

Qax rayonunda 90 yaşlı qadın bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

DİQQƏT.info xəbər verir ki, hadisə rayonun Qaxingiloy kəndində baş verib.

Belə ki, 1931-ci il təvəllüdlü kənd sakini Papiaşvili Jenya Sergeyevna yaşadığı evdə tək olduğu zaman yıxılıb və başı betona çırpılıb. Qadın hadisə yerində həyatını itirib. Onun meyitini evə gələn qızı aşkarlayıb və hüquq-mühafizə orqanlarına xəbər verib.

Yaşlı qadın evdə oğlu ilə yaşayıb. Hadisə baş verən gün isə oğlu evdə olmayıb./unikal.orq

Comentarios


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page