top of page

QAT-ın Ali Məclis üzvü koronavirusdan dünyasını dəyişdi

  • Xuraman Həmidova
  • Apr 4, 2021
  • 1 min read

Qarabağ Azadlıq Təşkilatının Ali Məclis üzvü, əslən Cəbrayıl rayonundan olan Oktay Vəliyev bu gün koronavirusdan vəfat edib.

Bu barədə mərhumun dostları bildiriblər.

Oktay Osman oğlu Vəliyev 1988-ci ildə erməni-rus təcavüzü başlayan gündən rahat həyatını, işini ataraq Cəbrayıl rayonunun müdafiəsinə qalxıb. O.Vəliyev Cəbrayılda özünümüdafiə dəstəsinin yaradılmasında, onun silah-sursatla təhciz edilməsində, sərhəd kəndlərimizin və eyni zamanda Füzuli, Şuşa, Laçın, Qubadlı, Zəngilan rayonlarının müdafiəsində iştirak edib.

20 yanvar hadisələri vaxtı sovet “KQB”si tərəfindən həbs edilsə də, təziqlərə məruz qalsa da, bir addım da geri çəkilməyib.

O.Vəliyev tanınmış hüquqşünas Adil Minbaşının qaynıdır.

Allah rəhmət eləsin.

コメント


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page