top of page
Xuraman Həmidova

QAT Rusiya sülhməramlılarının Dağlıq Qarabağdan çıxarılmasını tələb edir


Qarabağ Azadlıq Təşkilatı (QAT) Rusiya sülhməramlılarının öz öhdəliklərini yerinə yetirməməsi, erməni quldur dəstələrini himayə etməsi ilə bağlı bəyanat qəbul edib. Bəyanatda göstərilir: “ Son günlərdə baş verən hadisələr Rusiya sülhməramlılarının bölgədən çıxarılmasını zəruri edir. Rusiya açıq şəkildə Dağlıq Qarabağdakı qeyri-qanuni, cinayətkar qurumu himayə edir. Rusiya sülhməramlıları Rusiyada fəaliyyət göstərən “Yunarmiya” adlı uşaq- gənclər təşkilatı ilə birlikdə Xankəndində məktəblərin birində “Yunarmiyadan Qarabağ uşaqları”na adlı tədbir keçirir, hədiyyələr göndərir, telekörpülər yaradır. Başqa halda, oradakı qeyri-qanuni qurum Rusiya xilasedicilərini medallarla təltif edir. Bu, Rusiya tərəfinin həmin qurumun leqallaşdırılması cəhdindən başqa bir şey deyil. Bütün bunlardan ruhlanan erməni quldur dəstələri Azərbaycan Ordusuna qarşı terror hərəkətləri törədir, əsgərlərimizi qətlə yetirirlər.

Göstərilən faktlar sübut edir ki, Rusiya qoşunları regiona sülh məramı ilə deyil, həmin əraziləri işğal etmək üçün gəlib. Bir daha bəyan edirik ki, Rusiya bu məkirli niyyətlərinə heç vaxt nail ola bilməyəcək, üstəlik, Azərbaycan xalqının daha da şiddətli nifrətini qazanacaqdır. Azərbaycan xalqı on minlərlə şəhid vermək bahasına olsa da, Dağlıq Qarabağın bütün ərazisini işğaldan azad edəcək, qarşısında dayancaq istənilən qüvvəni məhv edəcəkdir. Biz Azərbaycan hakimiyyətindən Rusiya sülhməramlılarının dərhal bölgədən çıxarılmasına nail olmağı tələb eidirk.



QAT Mətbuat Xidməti.

28 dekabr 2020.

18 views0 comments

Recent Posts

See All

Comments


bottom of page