Qardaş ölkədə güclü zəlzələ - İnsanlar küçələrə axışdı
- Xuraman Həmidova
- Nov 14, 2020
- 1 min read

Pakistanın Bəlucistan əyalətinin Ketta şəhərində 5,4 bal gücündə zəlzələ olub.
"DİQQƏT"-in məlumatına görə, Pakistan Seysmoloji Mərkəzi elan edib ki, zəlzələnin episentri şəhərdən 10 kilometr kənarda qeydə alınıb.
Çoxlu sayda pakistanlı zəlzələdən sonra küçələrə axışıb. Zəlzələ zamanı itkilərin olub-olmadığına dair məlumat yoxdur.
コメント