Qarabağa qayıdan ermənilərin sayı artır – Son rəqəm
- Xuraman Həmidova
- Nov 29, 2020
- 1 min read

Bu gün Ermənistandan Qarabağa 2431 erməni qayıdıb. "DİQQƏT" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb. Beləliklə, 14 noyabrdan sonra Ermənistandan qayıdan ermənilərin sayı 23514-ə çatıb. Onların geri qayıtmasını və yerləşməsini, infrastrukturun bərpasını rus sülhməramlıları yerinə yetirir. Rusiya eyni zamanda humanitar yardım da göstərir.



Comments