Təhsil nazirinin müvafiq əmri ilə Bakı şəhəri 187 nömrəli tam orta məktəbin direktoru Nailə Məmmədova ilə bağlanmış əmək müqaviləsinə bu gündən xitam verilib. DİQQƏT.info xəbər verir ki, bununla bağlı Təhsil Nazirliyindən məlumat verilib. Bu gün səhər isə N.Məmmədova vəzifədən azad olunması üçün ərizə ilə Təhsil Nazirliyinin rəhbərliyinə müraciət etdiyini bildirmişdi. O, Azərbaycanda tətbiq olunan karantin rejimi qaydalarını pozaraq özünə doğum günü məclisi təşkil edib. Bununla bağlı videogörüntülər sosial şəbəkələrdə yayılıb. Məktəb direktorunun karantin rejimi qaydalarını pozaraq və şəhidlərin 40-ı çıxmamış özünə doğum günün məclisi təşkil etməsi vətəndaşlar tərəfindən sərt qaydada tənqid olunub. Bundan sonra N.Məmmədova ölkə üzrə tətbiq olunan xüsusi karantin rejiminin tələblərini pozması səbəbilə intizam məsuliyyətinə cəlb edilib və ona təhsil naziri Emin Əmrullayevin əmri ilə Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən, sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib./Oxu24.com
Xuraman Həmidova
Comments