top of page

Putindən MESAJ: "Bəyanatın alternativi müharibədir”

  • Xuraman Həmidova
  • Nov 21, 2020
  • 1 min read

ree

"Qarabağla bağlı üçtərəfli bəyanatın icrasını əngəlləməyə çalışan şəxslər başa düşməlidirlər ki, bunun alternativi müharibədir". "DİQQƏT" xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Qarabağa sülhməramlıların yerləşdirilməsi ilə bağlı müşavirədə deyib. Putinin sözlərinə görə, 10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanat pozularsa, müharibədə ölənlərin qanı həmin şəxslərin əlində qalacaq. “Hər kəs bunu dərk etməli və öz-özünə bununla bağlı hesabat verməlidir”, - deyə Rusiya lideri qeyd edib.

Comments


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page