top of page

Putin Afinanın dəvətini RƏDD ETDİ

  • Xuraman Həmidova
  • Jan 30, 2021
  • 1 min read

Rusiya Prezidenti Vladimir Putinin Afina rəhbərliyinin dəvətini geri çevirməsi bu ölkədə məyusluqla qarşılanıb.

DİQQƏT.info xəbər verir ki, Yunanıstanın “Ta Nea” qəzeti Putinin bu mövqeyi ilə bağlı fikirlərini bölüşüb.

“Bəs indi nə dəyişdi? Unutmayaq ki, Afina Vaşinqtona kifayət qədər hərbi baza verib. Hər iki ölkənin (Rusiya və ABŞ) maraqları çox böyükdür. Geosiyasi baxımdan götürsək, bu maraqlar ABŞ-la Rusiya arasında demək olar ki, birbaşa qarşıdurmaya qədər gedə bilər. Sadəcə Yunanıstanla məhdudlaşmazlar”, - nəşr yazıb.

Qeyd edək ki, Yunanıstan martın 25-də Müstəqillik Günü ilə bağlı keçiriləcək hərbi parada V.Putini dəvət edib. Ancaq Kreml sözçüsü Dmitri Peskov Putinin Afina səfərini planlaşdırmadığını bildirib./axar.az

Comments


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page