“Nikol Paşinyan psixi pozuntulardan əziyyət çəkir. O, ordunun, müharibənin, nəyin nə vaxt olduğunu bilmir”. "DİQQƏT" erməni mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistan silahlı qüvvələrinin keçmiş baş qərargah rəisi, general-polkovnik Movses Akopyan söyləyib. Xatırladaq ki, bu gün Nikol Paşinyan xalqa müraciətində Movses Akopyanı da hədəfə alıb. Belə ki, M.Akopyan İkinci Qarabağ müharibəsi zamanı Ermənistan Müdafiə Nazirliyinin ictimaiyyətə ötürdüyü məlumatların 100 %-nin yalan olduğunu, müharibənin ilk 5 günündə ordudan 1 500 fərarinin olduğunu bildirmişdi. Qeyd edək ki, keçmiş baş qərargah rəis M.Akopyan mətbuat konfransında ölkə hakimiyyətini kəskin tənqid edib. Bundan sonra isə ona qarşı cinayət işi açılıb.
Xuraman Həmidova
Comments