top of page

Prezident SOCAR-a yeni rəhbər təyin etdi

  • Xuraman Həmidova
  • Jan 23, 2021
  • 1 min read

ree

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün SOCAR-la bağlı 1 fərman və 1 sərəncam imzalayıb.

DIQQƏT.info xəbər verir ki, fərmanla SOCAR-ın fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün SOCAR-ın Müşahidə Şurası yaradılıb.

Prezidentin sərəncamı ilə sözügedən şuraya iqtisadiyyat naziri Mikayıl Cabbarov sədr təyin olunub.

Müşahidə Şurasının üzvləri isə bunlardır:

Emin Hüseynov – Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi

İsrafil Məmmədov – Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru

Elnur Soltanov – Azərbaycan Respublikası energetika nazirinin müavini

Azər Bayramov – Azərbaycan Respublikası maliyyə nazirinin müavini

Rövşən Nəcəf – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Ruslan Əlixanov – Azərbaycan İnvestisiya Holdinqinin Baş İcraçı direktoru./axar.az

Comments


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page