top of page
Xuraman Həmidova

Prezident İşlər müdirini vəzifəsindən azad etdi - SƏRƏNCAM


Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin İşlər müdirini vəzifəsindən çıxarıb.

DİQQƏT.info xəbər verir ki, sərəncama əsasən, Oqtay Qəşəm oğlu Şahbazov Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri vəzifəsindən azad edilib.

Qeyd edək ki, 80 yaşlı O. Şahbazov 2016-ci ildən indiyə kimi Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri vəzifəsində çalışıb. O, dövlət qulluğunun 1-ci dərəcə Dövlət müşaviri, “Əməkdar dövlət qulluqçusu” Fəxri adları və “Şöhrət” ordeni ilə təltif edilib.

Xatırladaq ki, Oqtay Şahbazov Azərbaycan Respublikasının Energetika naziri Pərviz Şahbazovun atasıdır.

183 views0 comments

Recent Posts

See All

Kommentarer


bottom of page