top of page

Polkovnik Elxan İbrahimov vəzifəsindən AZAD EDİLDİ

  • Xuraman Həmidova
  • Feb 26, 2021
  • 1 min read

Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəis əvəzi, polkovnik Elxan İbrahimov tutduğu vəzifədən azad edilib. DİQQƏT.info xəbər verir ki, HİT.Az-a daxil olan məlumatda Elxan İbrahimovun işdən çıxarılmasının səbəbləri açıqlanmır. Amma bəzi ehtimallara görə, bu, onun qeyri-qənaətbəxş fəaliyyətilə əlaqəlidir. Qeyd edək ki, Elxan İbrahimov general-mayor Natiq Əliyevi əvəz edirdi. Natiq Əliyev ötən ilin iyununda ehtiyata buraxılıb. İnternet resursları Elxan İbrahimov barədə neqativ məlumatlarla zəngindir. Onun müdafiə naziri Zakir Həsənovun qohumu olması da həmin məlumatlar sırasındadır. HİT.Az Elxan İbrahimovun işdən çıxarılması barədə xəbəri Müdafiə Nazirliyi ilə dəqiqləşdirmək istəsə də, mümkün olmayıb.

Comments


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page