top of page
Xuraman Həmidova

Polisi görən zaman narkotiki yandırdılar - Dəstə üzvlərindən biri 64 yaşlı qadındır


Bakıda polisi görən zaman evdə olan narkotik vasitələri yandıran şəxslər hakim qarşısına çıxarılıb.

DİQQƏT.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik ittihamı ilə həbs edilən Azər Ağayev, Sənan Eyvazov, Heydər Məmmədov və 64 yaşlı Mahizər Məmmədovanın cinayət işi üzrə məhkəmə araşdırması başlayıb.

Hakim Əli Məmmədovun sədrliyi ilə davam etdirilən məhkəmə araşdırması zamanı məlum olub ki, təqsirləndirilən şəxslər daha əvvəl də məhkumluq həyatı yaşayıblar. Onlar elan olunmuş ittihamla özlərini qismən təqsirli bilib.

Adı çəkilən şəxslər Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı saxlanılıblar.

Polis əməkdaşları əməliyyat məlumatına əsasən Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsində 1 nömrəli binadakı mənzilə baxış keçirmək istəyib.

Əməliyyat başlamadan bir neçə dəqiqə əvvəl mənzildə yanğın başlayıb. Məlum olub ki, şübhəli şəxslər polis əməkdaşlarının gəldiyini görərək əllərində olan narkotiki yandırıblar.

Hadisə yerinə baxış zamanı əməliyyatçılar 23,771 qram psixotrop dərman amfetamin və içində 6 patron olan 9 mm Makarov tapançasını aşkar edərək götürüblər.

Əvvəlcə yanğını törədən Füzuli rayon sakini Sənan Eyvazov saxlanılıb.

Əməliyyatın davamı olaraq dəstə üzvü olmaqda ittiham edilən digər şəxslər də həbs edilib.

Məhkəmə araşdırması davam edir.

12 views0 comments

Recent Posts

See All

Comentarios


bottom of page