top of page
Xuraman Həmidova

"Polad Bülbüloğlu cəzalandırıla bilər" - POLİTOLOQ


“Prezidentin köməkçisi Hikmət Hacıyevin Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ilə bağlı iradları tamamilə haqlı idi.  Azərbaycanın xaricdəki diplomatları bu və ya digər açıqlamalarda kifayət qədər diqqətli olmalı, dövlətin mövqeyindən kənara çıxmamalıdır”.

Bu sözləri Prezident yanında Dövlət İdarəçilik Akademiyasının baş müəllimi, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov deyib. O, rəsmi şəxslərin dövlətin maraqlarına zidd açıqlamalar verməsini tənqid edib:

“Ümumiyyətlə, Rusiya ilə bağlı prezidentin tezsizləri üzrərində danışmaq lazımdır. Eyni zamanda hər şeydən əvvəl dövlət maraqlarını ən üst səviyyədə qorumaq əsas vəzifəmiz olmalıdır. Xaricdəki diplomatlar bəzən lazım olandan daha çox mətbuata açıqlama verirlər. Yaxşı olardı ki, mətbuata açıqlama vermək əvəzinə dövlətin maraqlarını diplomatik səviyyədə təbliğatı artırsınlar. Biz bu şəkildə ancaq dövlət maraqlarını daha geniş şəkildə təbliğ edə bilərik.

Azərbaycanın xaricdəki səfirlikləri, nümayəndəlikləri sistemli şəkildə iş aparmalıdır. Bəzən səfirliklər, diaspora təşkilatları ya bir-birinin işinə mane olurlar, ya da ölkənin birbaşa mövqeyinə zidd işlər görüb, çıxışlar edirlər. Burada da uduzan tərəf Azərbaycanın milli maraqları olur. Bu hadisələr bir daha onu göstəridi ki, müharibədə qalib gəlmək təkcə səngərdən gedən döyüşlərdən asılı deyil, eyni zamanda diplomatiya və informasiya siyasəti çox vacibdir. Göründüyü kimi, iformasiya siyasətində bir yalnış çıxış dövlətin maraqlarını zərbə altına ala bilər. Düşünürəm ki, belə hadisələrin bir daha yaşanmaması üçün yaxın zamanlarda xaricdəki səfirliklər və nümayəndəliklərlə bağlı biz mühüm qərarların şahidi olacağıq”.

10 views0 comments

Recent Posts

See All

Comments


bottom of page