top of page

Pentaqon rəhbəri rəsmən ELAN ETDİ: ABŞ Ukraynanı tək qoymayacaq

  • Xuraman Həmidova
  • Apr 2, 2021
  • 1 min read

Pentaqon rəhbəri Lloyd Ostinlə Ukrayna müdafiə naziri Andrey Taran arasında telefon danışığı baş tutub.

DİQQƏT.info xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

“Lloyd Ostin Rusiyanın son hərəkətləri ilə bağlı narahatlıqlarını bildirib və Donbass və Krımda davam edən Rusiya təcavüzü qarşısında Ukraynanı dəstəkləməyə hazır olduqlarını deyib. Pentaqon rəhbəri qeyd edib ki, Rusiya təcavüzü artacağı təqdirdə ABŞ Ukraynanı tək qoymayacaq və Kremlin bu ölkəyə qarşı təcavüzkar istəklərinin reallaşmasına imkan verməyəcək”, - nazirlikdən bildirilib./axar.az

Commentaires


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page