Ermənistan, Azərbaycan və Rusiya arasında üçtərəfli bəyanat imzalandığı gün Ermənistan hökumətinin binasına basqın edən insanlar Ermənistan Baş naziri Nikol Paşinyanın diplomatik pasportunu oğurlayıblar. DİQQƏT.info xəbər verir ki, bu barədə "ArmenPress"ə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan məlumat verib. O bildirib ki, həmin gün Baş nazirin pasportu ilə bərabər gigər 13 diplomatik pasport oğurlanıb. Həmin pasportlar etibarsız hesab edilib.
Xuraman Həmidova
Comentários