top of page
Xuraman Həmidova

Paşinyanın “İsgəndər” açıqlamasına güldüyünə görə generalı işindən qovdu


Ermənistan Baş Qərargah rəisinin müavini general-leytenant Tiqran Xaçatryan vəzifəsindən azad olunub.

DİQQƏT.info xəbər verir ki, bununla bağlı Ermənistan Prezidenti Armen Sərkisyan sərəncam imzalayıb.

Ermənistan prezidentinin rəsmi saytında dərc olunan fərmana əsasən, qərar Baş nazir Nikol Paşinyanın təklifi ilə qəbul olunub.

Qeyd edilir ki, Paşinyanın bu təqdimatının səbəbi Xaçatryanın “İsgəndər” raketi ilə bağlı açıqlaması olub. Belə ki, media Paşinyanın müharibə vaxtı “İsgəndər” sistemindən atılan raketlərin 90 faizinin partlamadığı haqda açıqlamasını Xaçatryandan şərh etməsini istəyib. Xaçatryan isə Paşinyanın sözlərini qeyri-ciddi adlandırmışdı.

Onun bu açıqlaması Nikol Paşinyanın qəzəbinə səbəb olub./Axar.az

31 views0 comments

Recent Posts

See All

Comentarios


bottom of page