top of page
Xuraman Həmidova

“Paşinyan bir sözü ilə Rusiyanın silah bazarını öldürdü...” - Moskvadan təhqir dolu cavablar


"Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyadan alınan “İsgəndər” raketlərinin keyfiyyətsiz olduğunu və müharibə zamanı partlamadığını deyərkən, keçmiş prezident Serj Sarkisyanı hədəf alsa da, bu sözlərin hansı reaksiyalara səbəb olacağını hesablamalıydı". DİQQƏT.info xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib. Politoloq qeyd edib ki, bununla əslində Paşinyan öz generallarını pis vəziyyətdə qoyub: "Birincisi, ö öz generallarını pis vəziyyətdə qoyub, onlar Paşinyanın açıqlamasına şərh verə bilmirlər. Bu anlaşılandır, desələr ki, “Paşinyan düz deyib” rusiyalı həmkarlarıyla üz-üzə qalacaqlar, əksini iddia etsələr isə baş nazirlərinin yalan dediyinə işarə vuracaqlar". E.Şahinoğlu Rusiyadan da Ermənistanın baş nazirinin bu açıqlamasına qarşı kəskin tənqid, hətta təhqirlərin olduğunu və bu reaksiyanın gözlənildiyini vurğulayıb: "Rusiyadan da Paşinyanın sözləri əleyhinə açıqlamaların sayı-hesabı yoxdur. Özü də Moskvadan səslənən açıqlamalar tənqid şəklində deyil, Paşinyanı təhqir formasında yayılır, onu kütbeyin, naşı adlandırırlar. Bu reaksiya da başa düşüləndir. Paşinyan bir açıqlamasıyla Rusiyanın hərbi-sənaye kompleksinə elə zərbə vurdu ki, bunun əks-sədası hələ uzun müddət eşidiləcək. Rusiyadan hərbi texnika almaq istəyən istənilən ölkə hər dəfə Paşinyanın “İsgəndər”lə bağlı açıqlamasını xatırlamaq məcburiyyətində qalacaq"./yenisabah

16 views0 comments

Recent Posts

See All

Comments


bottom of page