top of page

Pakistanlı boksçu nokauta düşdü, dünyasını dəyişdi -FOTO / VIDEO

  • Xuraman Həmidova
  • Feb 2, 2021
  • 1 min read


Pakistan boksçusu Məhəmməd Əslam Xan döyüş vaxtı aldığı zərbənin təsirindən dünyasını dəyişib.

DİQQƏT.info-nun məlumatına görə Report "The Sun" nəşrinə istinadən xəbər verir ki, 27 yaşlı idmançı xeyriyyə qarşılaşmasında Vəli Xan Torinlə üz-üzə gəlib.

Görüşün gedişində M.Ə.Xan nokauta düşüb. Həmin vaxt rinqin kənarında həkimlər olmadığından boksçunu xüsusi klinikaya aparıblar. Amma onun həyatını xilas etmək mümkün olmayıb. İdmançı daxili zədələnmədən xəstəxanada keçinib.

Qeyd edək ki, Məhəmməd Əslam Xan eyni zamanda seçki komissiyasında çalışırdı.



Comments


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page