Müharibənin hər cür fəsadları olur, laqeydliyin, biganəliyin isə fəsadları daha ağır nəticələr verir. Qalib ordunun əsgəri sağ qayıdıb. sonradan intihar edirsə, deməli burada günahkar ölən deyil, onu ölümə vadar edənlərdir.
Əsgər Zeynalov Akif Səbahət oğlunu ağır vəziyyətdə ola-ola, yaxşısan deyib təkbaşına hospitaldan bayıra buraxmaq, yaralının durumu göz önündə ola-ola, ona "sağalıb" kağızı vermək, maddi durumu aşağı olduğu və əsgərin sərbəst yeriməsi mümkün olmadığı halda onu "çast"a məcbur gətizdirmək, "vaxtında gətirməsən, sənədinə "fərari peçatı" vuracam" deyib, atasını təhdid etmək, onsuz da psixikası pozulmuş, əsəb gərginliyi, sarsıntısı keçirən bir gəncin sözün əsl mənasında "dəli" olmasına, özünəqəsdə gətirib çatdırmasına səbəb olanlar və bu sözləri deyənlər, qanunsuzluqlara yol verənlər günahkar deyilmi?
"Xala, xətrin qalmasın" deyib gəlib bircə dəfə "baş çəkib" gedən Sabirabad Rayon İcra hakimiyyəti və Ulacalı Bələdiyyəsi, siz nə işlə məşğulsunuz? Heçmi vicdanınız yoxdur?
Bakıdakı Mərkəzi Hərbi hospitalın Psixiatriya şöbəsinin və Sabirabad rayon Mərkəzi xəstəxanasının həkimləri, Hippokrat andına beləmi sədaqətlisiniz? Hardasınız, bu 18 yaşlı gənc kimin üçün özünü qurban verib?
Öz övladınızı gətirin gözünüzün önünə, bir də VİCDANınızı oyadın, əgər varsa...
P.S. Qazinin sağalmasına yardım etmək istəyənlər üçün Kart nömrəsi:
XURAMAN ETİBARLI
Comentários