Xəbər verdiyimiz kimi, Tovuz rayonunun Əlimərdanlı kənd sakini, 22 yaşlı Ocaqverdiyev Xaqani Nizami oğlu intihar edib. DIQQƏT.info xəbər verir ki, tələbə olduğu deyilən X.Ocaqverdiyev keçmiş futbolçu, hazırda "Turan Tovuz" komandasında məşqçi kimi çalışan Nizami Ocaqverdiyevin oğludur. "Turan-Tovuz" klubunun Müşahidə Şurasının sədri Oqtay Abdullayev Cebhe.info-ya açıqlamasında bildirib ki, intihar zamanı evdə X.Ocaqverdiyevin yalnız qardaşı olub: "İnanmıram ki, indi ailədən kimsə danışmaq istəsin. Çünki övladlarını itiriblər. Nizami bəy və həyat yoldaşı Bakıya yollanıb. Deyəsən, yoldaşının ayaqları tutulduğu üçün həkimə gediblər, dəqiq bilmirəm. Uşağın özü də ağıllı uşaq olub. Dəqiq deyə bilmirsən ki, hansı səbəbdən intihar edə bilər. Evdə 3 uşaqdırlar-2 qardaş, 1 bacı. Onun intiharı zamanı evdə deyəsən, yalnız qardaşı olub. Qardaşı isə İkinci Qarabağ Müharibəsindən təzə qayıdıb".
Mərhumun atası Cebhe.info-ya açıqlamasında bildirib ki, intiharın hansı səbəbdən baş verməsi ilə bağlı fərziyyəsi belə yoxdur:"Mən Bakıda idim, xəbər gəldi. Oğlumun hər hansı bir problemi, narahatlığı yox idi. Bir fərziyyəmiz də yoxdur ku, bəlkə buna görə intihar edib? Yoxdur elə bir fərziyyəmiz. Donub-qalmışam. Səbəb də tapa bilmirəm".
Comments