top of page
Xuraman Həmidova

Ordumuz hüququndan istifadə edib bu heykəli raketlə vurmalıdır - Professor


Son vaxtlar, az qala, bütün Qərb təşkilatları, qurumları Qarabağda mədəni irsə hörmət etməklə bağlı çağırış edir və qəribədir ki, bu tövsiyənin əsas istiqaməti Azərbaycan olur. Lakin Qaregin Njde kimi faşistə, insanlıq qatilinə heykəl qoyulmasına susurlar.

DIQQƏT.info xəbər verir ki, b u sözləri Axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Xocavənd rayonunun mərkəzində erməni faşist lideri, Hitlerin əlaltısı, Anadoluda və Qafqazda türklərə və azərbaycanlılara qarşı soyqırım həyata keçirmiş Qaregin Njdeyə heykəl qoyulması haqda danışarkən deyib.

Politoloq qeyd edib ki, Njdenin əli təkcə türk xalqının deyil, həm də öz xalqının qanına batıb:

“Məsələ ondadır ki, bu gün ”erməni soyqırımı” kimi təqdim edilən hadisənin əsas təşkilatçısı məhz Njdedir. Ermənilər Osmanlı imperiyasında bir vaxtlar ən sadiq xalq hesab edilirdi. Lakin 19-cu əsrdə digər xalqlar kimi, ermənilər də Osmanlıdan qopub, özlərinə qondarma dövlət yaratmaq xülyalarına düşdülər. Qərb ölkələri serblər, bolqarlar, yunanlardan fərqli olaraq, ermənilərə diqqət etmirdi. Səbəb də onların Osmanlıya sadiq olduğunu düşünmələri idi. Məhz buna görə Njde və onun kimi terrorçular həm Anadolu və Qafqazda türkləri qıraraq onların qəzəbini qazanmaq, həm də türk əsgərlərinin cildinə girərək öz xalqını qətl edib, ermənilərdə türklərə nifrət yaratmaq istəyirdilər. Nəticədə istədikləri oldu. Dünyaya isə bunu Osmanlının ermənilərə soyqırımı kimi təqdim etdilər. Halbuki soyqırıma məruz qalan tərəf türk xalqı idi”.

Politoloqun sözlərinə görə, Qaregin Njdenin heykəli dərhal sökülməlidir:

“Qarabağda onun heykəlini ucaldanlar faşist təfəkkürünün davamçıları olan neofaşistlərdir. Hitlerin tabeliyində olan, faşist legionlarında canla-başla xidmət edən Njde bir çox işgəncə üsullarını faşistlərə öyrədən şəxsdir”.

Beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev isə bildirib ki, Azərbaycan Ordusunun o heykəli raketlə vurub dağıtmaq hüququ var:

“Hesab edirəm ki, Azərbaycan ordusu bu hüququndan istifadə etməli və bu faşist heykəlini dərhal darmadağın etməlidir”.

52 views0 comments

Recent Posts

See All

Comments


bottom of page