Azərbaycan torpaqlarının bir hissəsinin işğalda olduğu müddətdə orada qanunsuz fəaliyyətlə məşğul olan əcnəbi şirkətlərdən bəziləri rəsmi Bakıdan üzr istəyiblər.
DİQQƏT.info bildirir ki, bu barədə məlumat Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatında yer alıb.
Qeyd olunur ki , 2014-2020-ci illər ərzində 51 əcnəbi hüquqi şəxsin nümayəndələri Azərbaycanın işğal altında olan ərazilərinə səfər ediblər.
Onlar bu ərazilərdəki qanunsuz fəaliyyəti ilə bağlı Azərbaycan tərəfinə müvafiq üzrxahlıq müraciəti ünvanlayıblar.
Onlar gələcəkdə bu kimi qanunsuz addımların atılmayacağına dair öhdəlik götürüblər./virtualaz
Xuraman Həmidova
Kommentare