“Bu yeni situasiyada biz vəzifə qoymalıyıq ki, Ermənistanın yolları olsun, yeni yollar, yeni kommunikasiyalar açılsın”.
DİQQƏT.info bildirir ki, bu sözləri baş nazir Nikol Paşinyan martın 28-də Armavir vilayətinə səfəri zamanı deyib. Baş nazir deyib ki, bu gün bütün ölkənin iqtisadiyyatı ümidini Gürcüstan-Rusiya sərhədindəki Yuxarı Lars keçidinə bağlayıb və o da günlərlə bağlı ola bilir. Paşinyan bildirib ki, elə hazırda bu keçid bağlıdır və orada yüzlərlə maşın növbə gözləyir. O habelə dəmir yollarının vacibliyindən danışıb və deyib ki, bu sahədə müəyyən qərarlara getmək lazım gələcək: “Çünki siz bilirsiniz ki, bizim dəmir yollarımız, xüsusilə də İrana və Rusiyaya gedən yollar, Azərbaycandan keçir. Biz burda başa düşməliyik: Elə ola bilməz ki, bizim onların ərazisindən yolumuz olsun, amma onlara bizim ərazimizdən yol verilməsin”. Paşinyan daha sonra millətlərarası münasibətlərdən bəhs edib: “Biz regiona baxışımızı, nöqteyi-nəzərimizi dəyişməliyik. Hə deyirlər və biz də bilirik ki, bizim bu regionda düşmənlərimiz var. Amma hər halda gəlin etiraf edək: biz başqalarını nə qədər çox düşmən hesab eləsək, bizim özümüzü də bir o qədər düşmən hesab edəcəklər”. Ermənistan baş naziri əlavə edib ki, ölkə üçün əlverişli şərait yaratmaq lazımdır, amma region da Ermənistana öz baxışını dəyişməlidir. /yenisabah.az
Комментарии