"Növbəti müharibəyə satqınla getmək istəmirik" – Ermənilərin etiraz aksiyası
- Xuraman Həmidova
- Dec 12, 2020
- 1 min read

Şirak vilayətində bu gün etirazçılar Gümrü-Bavra yolunu bağlayıb. DİQQƏT.info xəbər verir ki, aksiya iştirakçıları Ermənistan Baş naziri Nikol Paşinyanın istefasını tələb edib. Etirazçılar bildiriblər ki, növbəti müharibəni satqınla aparmaq istəmirlər: “Növbəti müharibədə düşmənin hədəfi artıq Zəngəzur (Sünik), Göyçə (Sevan) və İrəvandır”, – Daşnak Partiyasının üzvü Karen Qalstyan deyib. Etirazçılar aksiyaların davamlı olacağını qeyd ediblər. Bir müddətdən sonra gələn polislər yolu etirazçılardan təmizləyib.
Comments