top of page
Xuraman Həmidova

“Noyabrın 30-u gecə yarısı Azərbaycan ordusu Laçın şəhərinə girəcək” - Erməni ekspert


Erməni mediasında dekabrın 1-də Laçın şəhərinin Azərbaycana təhvil verilib-verilməməsi haqda ziddiyyətli məlumatlar yayılmaqda davam edir. Bir neçə gündür ki, separatçı xuntanın yerli qanunsuz qurumlarının rəhbərləri guya Laçın rayon mərkəzindən əlavə, “dəhliz” ərazisinə düşən, Ermənistanla sərhədə yaxın Zabux və Sus kəndlərinin də ermənilərin nəzarətində qalacağı haqda dezinformasiyalar yayırlar. Bu gün bəzi mənbələr belə kəndlərin siyahısına sovet dövründə Şuşa rayonunun yalnız ermənilərin məskunlaşdığı Qaladərəsi və Kirov kəndləri ilə qonşu olan Ağanus kəndini də əlavə edib.

"DİQQƏT" xəbər verir ki, erməni ekspertlərdən biri sadalananlara tamamilə zidd açıqlama verib.

“Şübhə etmirəm ki, Kəlbəcərin Zod mədəninin əhəmiyyətli bir hissəsini ələ keçirdikdən sonra, noyabrın 30-u gecə yarısı Azərbaycan Silahlı Qüvvələri, məlum sənədə görə, Laçının onlara qaytarılacağını iddia edərək bu şəhərə girəcəklər”- bu barədə işğalçı Ermənistanın elmlər akademiyası tarix institutunun direktoru Aşot Melkonyan “Facebook” səhifəsində yazıb.

"Ancaq bu, Gorus-Laçın-Şuşa-Xankəndi yolu boyunca beş kilometr enində bir dəhlizə sahib olma haqqımızı nəzərə almamaq deməkdir. Axı yol Laçından keçir və 5 kilometr enində olan rayon mərkəzi əsasən bu dəhlizdə yerləşir”-deyə erməni alim vurğulayır.

40 views0 comments

Recent Posts

See All

Comments


bottom of page