top of page

Norveçdə koronavirus peyvəndindən sonra iki nəfər öldü

  • Xuraman Həmidova
  • Jan 5, 2021
  • 1 min read

Norveçdə COVID-19 əleyhinə peyvənd olunmuş iki şəxs vəfat edib.

DİQQƏT.info xəbər verir ki, bu barədə ölkənin Dərman Vasitələri Agentliyi bildirib.

"Yanvarın 5-də biz peyvənd edilmədən bir neçə gün sonra ölmüş iki şəxs barədə xəbər aldıq", - məlumatda deyilir.

Norveçdə Amerika şirkəti – “Pfizer” və onun alman partnyoru “BioNTech” tərəfindən istehsal edilmiş preparatdan istifadə ilə vaksinləmə ötən ilin 27 dekabrında başlayıb.

Comments


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page