Bir neçə sual vermək istəyirəm, baxmayaraq ki, bu sualların cavabını bilirəm. Amma insanlara (barrikadaların hansı tərəfində olmasından asılı olmayaraq) bu sualları səlahiyyətlilərə – konkret olaraq Nikol Paşinyan və Anna Akopyana vermələrini təklif edirəm”.
DİQQƏT.info xəbər verir ki, bu fikirləri keçmiş səfir Mikael Minasyan Facebook səhifəsində yazıb. O əlavə edib ki, “Bu gün hər bir vətəndaş Baş nazirdən və onun xanımından bu suallara cavab istəməlidir.
Niyə rəsmi İrəvan Ermənistanla Rusiya Federasiyası arasında bağlanmış üç müqaviləyə istinad etmədi? Ölkənin təhlükəsizliyinə təminat yaratmadı?
Ermənistanın ərazisi atəşə tutulduğunda niyə Ermənistan xüsusi olaraq KTMT-yə müraciət etmədi?
Şuşa şəhəri konkret hansı gündə və kimin əmri ilə təslim oldu?
Niyə noyabrın 7-də Şuşaya “İskəndər”dən istifadə edildi? Şuşanı niyə və kimin əmri ilə bombalamısan?
Niyə ballistik raketlərimiz – “İskəndər”, “Toçka U” və s. raketlərdən Azərbaycanın neft boru kəmərlərinin infrastrukturuna zərbə vurmaq üçün heç vaxt istifadə edilmədi?
Niyə Azərbaycandakı bütün hava limanları “İskəndər”in əhatə dairəsində olmasına baxmayaraq atəşə tutulmadı?
Müharibənin bütün dövründə “Artsax Respublikası”nın müstəqilliyi niyə tanınmadı?
“Göyü bağlamaq” üçün Rusiya Federasiyasından alınan xüsusi silah növlərini “Artsax”a göndərməmək əmrini kim verdi?
5-ci korpusa kim əmr verdi və Nikol Paşinyan niyə minlərlə oğlanı ölümə aparan adama milli qəhrəman adını verdi? Uşaqlar orada hansı konkret tapşırığı yerinə yetirirdilər?”
Keçmiş səfir sonda bunları yazıb: “İnanılmaz dərəcədə çox sual var. Amma ən vacib sualı verib fikrimi bitirmək istəyirəm: gecə necə yatırsan? Niyə uşaqların ölümünü belə bir tamaşaya çevirdin? Niyə oğlanların ölümünü gizlədirsən? Niyə oğlanların cəsədlərini valideynlərinə təhvil vermirsən? Niyə onlara adlarını vermirsən? Niyə cəsədləri toplamaq üçün hər şeyi etmədilər? Niyə əsirlərin dəyişdirilməsi məsələsilə ciddi məşğul olmursan? Niyə erməni xalqına bu qədər əhəmiyyət vermirsən?”/Konkret.az
Comentarios