top of page

Naxçıvanın bu kəndi də geri qaytarılacaq - Erməni politoloq Şahnazaryan

  • Xuraman Həmidova
  • Jan 4, 2021
  • 1 min read

Ermənistanlı politoloq Qrant Məlik Şahnazaryan yeni açıqlama ilə çıxış edib.

DİQQƏT.info Modern.az-a istinadən xəbər verir ki, o, Zəngəzurda gedən delimitasiya və demarkasiya prosesləri fonunda Naxçıvanın işğal olunmuş Kərki kəndinin də Azərbaycana qaytarılacağını söyləyib. Onun fikrincə, Paşinyan hökuməti planlı şəkildə həmin əraziləri hissə-hissə qaytarır.

“Zəngəzurun Şurnux kəndindən sonra Ararat vilayətinin Tiqranaşen kəndi (Kərki) də Azərbaycana qaytarılacaq”, – deyə Məlik Şahnazaryan açıqlama verib.

Xatırladaq ki, Sədərək rayonunun inzibati tərkibinə daxil olan Kərki kəndi 1990-cı illərin əvvəllərində Ermənistan tərəfindən işğal olunub. Kəndin adı Tiqranaşenə dəyişdirilərək, Ararat vilayətinin tərkibinə daxil edilib.

Comments


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page