top of page

Naumov "Rossiya 1"-in efirində Qarabağla bağlı elə şeylər dedi ki... - VİDEO

  • Xuraman Həmidova
  • Nov 14, 2020
  • 1 min read

ree

Azərbaycan Şuşa şəhərini azad edib qələbənin qarşısında dayandı və öz ərazilərinin mərhələli şəkildə qaytarılması üçün sülhməramlıların əraziyə daxil olmasına razılıq verdi. Azərbaycanın özünü bu vəziyyətdə bundan artıq alicənabcasına necə apara biləcəyini təsəvvür etmirəm.

"DİQQƏT" Axar.az-a istinadla xəbər verir ki, bunu Rusiyanın “Rossiya 1” telekanalında yayımlanan “60 minut” (“60 dəqiqə”) verilişində Rusiya Beynəlxalq Məsələlər Şurasının eksperti Aleksey Naumov Kəlbəcəri tərk edən ermənilərin oradakı evlərini və digər tikililəri yandırmasını əks etdirən videogörüntüləri şərh edərkən deyib.

“Ermənilərə bu rayonlardan çıxmaları üçün bir həftə verdilər. Azərbaycanlılar isə 1993-cü ildə Kəlbəcərdən çılpaq, ayaqyalın qaçırdılar, kim qaçmırdısa, o biri şəhərə yox, “o biri dünya”ya gedirdi.

Tamamilə faciəli vəziyyətdir, bunu unutmaq olmaz. Onu da qeyd etmək lazımdır ki, bu torpaq beynəlxalq hüquqa görə Azərbaycana məxsusdur“, - Naumov vurğulayıb.

Comments


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page