top of page

Naira Zohrabyan: "Paşinyan ittihamlardan qorxaraq 5 min oğlanımızın həyatını qurban verdi"

  • Xuraman Həmidova
  • Nov 30, 2020
  • 1 min read

ree

“Jurnalist ikən də, millət vəkili olarkən də, baş nazir işləyəndə də həmişə yalan danışırdı. Əvvəlki hakimiyyətlərdən məyus olan insanlar da ona inandılar, ondan ümid gözlədilər. Bu gün həmin insanların tam əksəriyyəti pataloji yalançı ilə qarşılaşdıqlarını başa düşdülər”.

"DİQQƏT" xəbər verir ki, bu fikirləri deputat Naira Zohrabyan səsləndirib. Baş nazirin son çıxışlarına toxunan Zohrabyan qeyd edib ki, “Paşinyan qələbəmizin mümkünsüzlüyünü əvvəlcədən yaxşı bildiyini etiraf etdi. Ancaq xain adlandırılmaması üçün döyüş əməliyyatlarını davam etdirdi. Başqa sözlə, bu insan ittihamlardan qorxaraq 5 min oğlanımızın həyatını qurban verdi”.

Comments


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page