Vətən müharibəsində qəhrəmanlıq göstərən topçu Vüsal Şahkərimovun duruşu onu bütün Azərbaycana sevdirib. "DİQQƏT"-in məlumatına görə ölkənin araq şirkətlərdən biri qəhrəman topçumuzun şəninə buraxdıqları arağa “Topçu” adı verməklə yanaşı onun şəklini də üstünə vurub. Düşünürük ki, bu, qəhrəman topçumuza qarşı hörmətsizlikdir. Şirkət arağın adını “Topçu” qoymaqla yanaşı qəhrəman əsgərin şəklini də araq şüşəsinə yapışdirması reklam məqsədi güdür.
Hər kəsə bəllidir ki, şirkətin marağı qəhrəman əsgərin adından istifadə edib öz yeni məhsulunu bazarda yaxşı tanıtdırmaqdır.Heç bir halda bu cür ucuz reklama ehtiyac yoxdur.Əgər şirkət topçu Vüsal Şahkərimovun adını əbədiləşdirmək istəyirsə o zaman əsgərin ailəsinə hansısa formada dəstək ola bilərdi . Bu məsələdə ən xırda nüans ondan ibarətdir ki,gənclərin sevimlisinə çevrilən topçu Vüsal Şahkərimovun şəklinin araq şüşəsində olması gənclər üçün elə də yaxşı örnək sayılmır.
Onu da qeyd edək ki, həmin butılkalar boşaldıqdan sonra atılır. Gənc topçuya hörmət etmək, onu dəyərləndirmək istəyiriksə bunu müxtəlif üsullarla etmək olar.
Comments