top of page

Mədət Quliyev zavod direktorunu vəzifəsindən azad etdi

  • Xuraman Həmidova
  • Jan 20, 2021
  • 1 min read

ree

Müdafiə Sənayesi Nazirliyinə məxsus "Xaçmaz Kondensator Zavodu" MMC-nin direktoru Maarif Bağırov vəzifəsindən azad edilib. DİQQƏT.info xəbər verir ki, müəssisəyə rəhbərlik Sübhan Süleymanova həvalə olunub. Xatırladaq ki, "Xaçmaz Kondensator Zavodu" 1981-ci ildə SSRİ-nin Elektronika Sənayesi Nazirliyinin "Elektrolit” İstehsalat Birliyinin Severo-Zadonsk Kondensator Zavodunun filialı kimi yaradılıb, 1982-ci ildən fəaliyyətə başlayıb. Zavod 1993-cü ildən Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində fəaliyyətini davam etdirib, 2006-cı ildə isə Müdafiə Sənayesi Nazirliyinin tabeliyinə verilib. Onun nizamnamə kapitalı 15 217 935 manatdır./Report

Comments


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page