Məcburi köçkünlər yataqxana otaqlarını satışa çıxarıb? - AÇIQLAMA
- Xuraman Həmidova
 - Feb 9, 2021
 - 1 min read
 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (Qaçqınkom) Bakıda yataqxanalarda məcburi köçkünlərin yaşadıqları otaqların satışa çıxarılması barədə yayılan məlumatlara münasibət bildirib.
Dövlət Komitəsinin mətbuat xidmətindən DİQQƏT.info-ya bildirilib ki, Bakı şəhərindəki yataqxanalarda məcburi köçkünlərin yaşadıqları otaqları satışa çıxarması barədə məlumatlar yayılıb:
“Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bununla əlaqədar olaraq bildirir ki, məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları yataqxanaların dövlət komitəsinə heç bir aidiyyəti yoxdur”.









Comments