Son günlər Ermənistan Baş naziri Nikol Paşinyanın normal olmayan hərəkətləri, fikirləri birmənalı qarşılanmır. Onun psixi pozğunluğunun olduğu deyilir.
Məsələ ilə bağlı "DİQQƏT" psixoloq Yeganə Əliyevanın fikirlərini təqdim edir. O, Paşinyanın davranışlarının normal olmadığını bildirib:
“Paşinyanın verdiyi müsahibələr zamanı çaşqın ifadələri, danışarkən gözlərini qaçırması, qeyri-müəyyənlik nümayiş etdirməsi onun haqqında bizdə müəyyən fikirlər yaradır. Davranışları açıq şəkildə göstərir ki, psixoloji problemləri var. Həmçinin, N.Paşinyanın danışığına, hərəkətlərindən görərik ki, o, qəzəbini idarə edə bilməyən biridir. Bu da psixi pozğunluğunun bir növüdür. Baxın, adam müharibdə məğlub olur, lakin israrla ölkədə olan bütün insanları cəbhəyə göndərmək istəyir. Hakimiyyətini qorumaq üçün ölkəsinin vətəndaşlarını ölümə göndərir.
Psixoloq bildirib ki, N.Paşinyanın başqa ölkələrin rəhbərlərinə yalvarması xarektercə zəif, qorxaq olduğunu göstərir:
“Onun başqa ölkələrin dövlət başçılarına zəng etməsi, xahişlər etməsi, yalvarması şəxsiyyət kimi zəif olduğunu göstərir. Həmçinin, bu insan üçün artıq şəxsiyyət önəmli deyil. O, israrla hakimiyyətini qorumağa, xalqın gözündən düşməməyə çalışır. Məhz bu qorxu N.Paşinyanı bu vəziyyətə salıb”.
Comments