top of page
Xuraman Həmidova

Murovdan, Dəlidağdan ucalan sədamız Fransa senatının da səsini batıracaq...


Bu axşam Fransa senatı qondarma separatçı-terrorçu erməni xuntasının “müstəqil dövlət” kimi tanınması haqda layihəni müzakirəyə çıxaracaq...

Bu gün axşam saat 19:30-da Fransa senatı Azərbaycan Respublikasının işğal altındakı torpaqlarında qondarılmış və Milli Ordumuzun son 44 günlük müzəffər yürüşü sayəsində qanunsuz “ərazisi”nin böyük hissəsini itirmiş separatçı-terrorçu erməni xuntasının “müstəqil dövlət” kimi tanınması haqda qətnamə layihəsini müzakirəyə çıxaracaq.

İşğalçı ölkə və Xankəndindəki separatçı rejim mediası bu haqda böyük hay-küylə xəbər verir.

Aydındır ki, düşmənlərimiz Şuşa, Kəlbəcər kimi cənnət Qarabağ incilərimiz üzərində nəzarəti itirmələrindən sonra Fransanın Azərbaycana, türk, İslam dünyasına qarşı bu cür məkrli, amma həm də mənasız addımlarıyla özlərinə təskinlik verməyə çalışırlar. Ancaq Ermənistan və havadarlarının digər belə cədhləri kimi bu da əbəsdir; Azad Kəlbəcərdən, Murovdağdan, Dəlidağdan ucalan sədamız prezident Makronun da, Fransa senatının ermənipərəst üzvlərinin səsini batıracaq, ağzını yumacaq... / Moderator.az


78 views0 comments

Recent Posts

See All

Commentaires


bottom of page