top of page
Xuraman Həmidova

“Moskovskiy komsomolets”: “Ərdoğan “Böyük Turan” konsepsiyasını həyata keçirir”


Türkiyə siyasətçiləri bütün türk ölkələrinin vahid hərbi-siyasi blokunu yaratmağı planlaşdırır. Bu fikir Dağlıq Qarabağdakı müharibədən sonra getdikcə daha da populyarlaşıb. Türkiyə hökuməti Azərbaycan Ordusuna Ermənistan üzərindəki inamlı hərbi qələbədə aktiv dəstək verib. Bu hərbi uğurların fonunda Ankara yenə də başda Türkiyə olmaqla türk ölkələrinin hərbi-siyasi birliyinin yaradılması barədə danışmağa başlayıb. “MK”-nin “Böyük Turan” fikri barədə mülahizələri hərbi ekspert tərəfindən də təqdir edilib.

Azərbaycanın qələbəsi ilə başa çatan Qarabağ müharibəsi, Avroasiyada yeni bir hərbi gücün yaradılması yolunda ilk addım ola bilər. Müharibənin bitməsi münasibətilə Bakıda keçirilən hərbi paradda çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan de-fakto “tarixi ədaləti bərpa edəcək” yeni hərbi əməliyyatlar elan edib. Xüsusilə, etnik azərbaycanlıların yaşadığı bölgələrin İrandan ayrılmasının zəruriliyinə eyham vurub.

Türkiyə liderinin açıqlamaları türk səlahiyyətlilərinin türkdilli ölkələri vahid bir bloka birləşdirmək üçün təbliğat proqramının bir hissəsidir. Türk səlahiyyətliləri uzun müddətdir Orta Asiya respublikalarında hökumətlər və siyasi partiyalarla əlaqələr quraraq Çindəki Uyğur separatçılarını dəstəkləyir. Türk mediası bəyan edir: “Türk xalqlarının vahid bir ittifaqa birləşməsinin vaxtı gəlib. Bu müqəddəs işin konturları hər keçən gün daha da aydınlaşır”.

Əvvəllər Ankarada “bir millət – iki dövlət” (Türkiyə və Azərbaycanı nəzərdə tutur) şüarından istifadə edirdilərsə, bu gün “bir xalq – beş dövlət” deyirlər. Və müttəfiqliyə ilk namizəd Türkmənistandır. Bu yaxınlarda Türkmənistanın neytral güc elan edilməsinin 25-ci ildönümü münasibətilə keçirilən konfransda Ərdoğan Aşqabadı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına qoşulmağa çağırıb. İki ölkə arasında hərbi-siyasi əməkdaşlıq fəal şəkildə inkişaf edir. Xəzər bölgəsində varlığını qurmaq niyyətində olan Türkiyə Türkmənistana hərbi texnika, ilk növbədə qayıqlar və patrul gəmiləri tədarükü üçün bir sıra müqavilələr imzalayıb. Beləliklə, Xəzəryanı olmayan dövlətlərin silahlarının Xəzərdə mövcud olmaması qaydalarına baxmayaraq, faktiki olaraq bu qayda pozulub. Və Türkiyə Azərbaycandan sonra Xəzər dənizində də möhkəmlənir.

Türkiyə Orta Asiyanın digər türkdilli dövlətləri ilə hərbi əməkdaşlıq qurur. 2020-ci il oktyabr ayının sonunda Türkiyə ilə Özbəkistan arasında hərbi əməkdaşlıq haqqında yeni bir müqavilə imzalanıb. İkitərəfli müqavilənin şərtlərinə görə, Orta Asiya respublikası öz ərazilərində türk zirehli maşınlarının istehsalına başlayıb.

Türk silahları fəal şəkildə Orta Asiya bazarını fəth edir. Beləliklə, Qazaxıstan hakimiyyəti Türkiyədən “Bayraktar TB-3” pilotsuz hücum təyyarələrini almaq niyyətindədir. Yeni PUA-ların hələ istehsalına başlanılmayıb. Lakin potensial alıcılar artıq onları almağa hazırdır. Xüsusilə, türk pilotsuz təyyarəsi – “Bayraktar TB2”-nin aşkar uğurundan sonra. 2020-ci ilin hoyabrında türk hərbi texnika və digər texnika dəsti Qırğızıstan silahlı qüvvələrinə təhvil verilib. Ankara rəsmiləri hərbi və hərbi-texniki sahələrdə əlaqələri fəal şəkildə inkişaf etdirməyə hazır olduqlarını qeyd ediblər. Hərbi ekspert Aleksandr Mixaylovski Türkiyənin Orta Asiyadakı hərəkətlərinin qəti plan olduğunu vurğulayıb.

“MK”-ya verdiyi müsahibədə mütəxəssis Ərdoğan üçün bölgədəki prioritet hədəfləri açıqlayıb və vahid türk hərbi-siyasi blokunun yaradılması perspektivlərini qiymətləndirib.

Aleksandr Mixaylovski: “Bu fikir yeni deyil, hələ 20-ci əsrin əvvəllərində, o zaman Türkiyənin hakim partiyası olan Gənc Türk Partiyasının üzvləri tərəfindən fəal şəkildə təbliğ edilirdi. Daha sonra, liderlərinin çoxu, xüsusən Ərdoğanın kumiri Ənvər Paşa Orta Asiyada “Basmaçı” hərəkatını təşkil etdi və yerli xalqları bütün türklərin dil və mədəni birliyi əsasında birləşdirməyə çalışdı. Gənc Türklərin planlarına baxsanız, Çin, İran və Rusiyaya qarşı çıxan bir imperatorluq görəcəksiniz. Və bu üç güc dövlət üçün də belə bir blokun yaradılması son dərəcə əlverişsiz olardı.

– Türkiyə yalnız ölkələrin hökumətləri ilə deyil, həm də onların içindəki türk hərəkatları ilə əlaqələr qurur.

– Dəqiq. Suriyada türklər “mini əmirlik” yaradıblar. Çin, Əfqanıstan və Orta Asiyadan olan türk ekstremistlər ora toplaşıb. Onlar bir videoçarx hazırlamışdılar. Həmin videodakılar deyirdi ki, “sarı əjdaha” ilə – yəni Çinlə müharibəyə hazırıq. Bu blokun əsas siyasi qüvvəsi “Bozqurd” – “Boz Kurtlar” hərəkatıdır. Bu hərəkat dünyadakı türk xalqlarını birliyə çağırır. Təşkilatın Azərbaycanda tərəfdarları var. Hətta İranda da bu təşkilat çox aktivdir.

– Və belə bir blokun yaradılması nə dərəcədə realdır?

– Arzularda hamı həmrəydir. Lakin türk ölkələri və xalqları arasında həddindən artıq ziddiyyət var. Məsələn, Özbəkistanla Qırğızıstan arasındakı gərgin münasibətləri götürək. Türk ölkələrinin hər birində siyasi partiyalar, tendensiyalar var. Yəni hər şeydə və hər yerdə harmoniya yoxdur.

Üstəlik, hökumətlər özləri də Türkiyədən hərbi yardım almağa hazırdırlar. Amma onlar buna görə əlavə problem yaşamaq istəmirlər. Çinlə, hətta Rusiya ilə mübahisə etmək Orta Asiya dövlətləri üçün sərfəli deyil. Bu əməkdaşlıq daha çox iqtisadi və maliyyə sahəsində maraqlıdır. Bəs bu ideya Türkiyəyə nə verir? Çılpaq fikir və mübarizə təklifi kimə və nəyə qarşı olduğu tam aydın deyil. Ancaq mütləq mübarizə aparmaq lazımdır. Ən azından ASEAN səviyyəsində bir bloka müvəffəq ola biləcəklərini düşünürəm. Yəni Türk Dövlətlərini İqtisadi Bloku -TDİB.

“Moskovskiy komsomolets”, 26 dekabr 2020

Konkret.az

5 views0 comments

Recent Posts

See All

Comments


bottom of page