top of page

Mingəçevirdə özünü Kürə atan Sumqayıt sakini xilas olundu - Çıxıb qollarını doğradı

  • Xuraman Həmidova
  • Apr 22, 2021
  • 1 min read

Sumqayıt sakini Mingəçevirdə intihara cəhd edib. DİQQƏT.info xəbər verir ki, hadisə Mingəçevir Su Anbarı ərazisindəki çimərlikdə baş verib. 1981-ci il təvəllüdlü Sumqayıt şəhər sakini İsayev Fəxrəddin İsa oğlu özünə qəsd məqsədilə özünü su anbarına atıb. Sahildə olan FHN dalğıc xilasetmə qrupunun sayıqlığı nəticəsində intiharın qarşısı alınaraq özünü öldürmək istəyən şəxs sahilə çıxarılıb. Daha sonra həmin şəxs kəsici alətlə qollarını doğrayıb. Hadisə yerinə cəlb olunan həkim briqadası yaralıya yerində tibbi yardım göstərib. Faktla bağlı araşdırma aparılır./APA


Comments


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page