top of page

Millimiz İspaniyaya böyük hesabla məğlub oldu - 0:13

  • Xuraman Həmidova
  • Feb 19, 2021
  • 1 min read

Qadınlardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

"Report"un məlumatına görə, D qrupunda yer alan yığma 7-ci matçında Bakıda İspaniya ilə üz-üzə gəlib. "ASK Arena"dakı qarşılaşma qonaqların 13:0 hesablı qələbəsi ilə başa çatıb.

İspaniya seçməsinin heyətində qolları 21, 24, 30, 31 və 87-ci dəqiqələrdə Ester Qonsales, 33, 43, 67, 82 və 90+3-cü dəqiqələrdə Cennifer Hermoso, 57-ci dəqiqədə Mariona Kaldentey, 75-ci dəqiqədə Eva Navarro və 84-cü dəqiqədə Neraya Eysagirre vurub.

Qonaqların heyətində Ester Rodrigez və Cenifer Hermoso penta-trikə imza atıb.

Bu nəticədən sonra xallrını 19-a çatdıran ispaniyalılar final mərhələsinə vəsiqəni təmin ediblər. Xalı olmayan Siyasət Əsgərovun başçılıq etdiyi kollektiv isə sonuncu pillədə qalıb.

Qeyd edək ki, yığma qrupdakı son matçını fevralın 23-də evdə Moldovaya qarşı keçirəcək.

Comments


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page