top of page

Milli Məclis Fransanın həmsədrlikdən çıxarılması üçün hökumətə çağırış edib

  • Xuraman Həmidova
  • Nov 26, 2020
  • 1 min read

Milli Məclis Fransa ilə bağlı Azərbaycan hökumətinə çağırış edib.

"DİQQƏT"- in məlumatına görə, çağırışda bildirilir ki, son illərdə tutduğu mövqe və verdiyi bəyanatlarla bitərəfliyini şübhə altına qoyan Fransa Respublikasının ATƏT-in Minsk Qrupu həmsədrliyindən çıxarılması üçün ATƏT-in rəhbərliyinə müraciət edilsin.

Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında mövcud siyasi münasibətlərə yenidən baxılsın. Eyni zamanda çağırışda qeyd olunur ki, Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında mövcud iqtisadi əlaqələr dərindən təhlil edilərək müvafiq tədbirlər görülsün.

Comentarios


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page