top of page
Xuraman Həmidova

MİT-dən əməliyyat: İran kəşfiyyatı çökdü


Türkiyə Milli İstehbarat Təşkilatı (MİT) İranın bu ölkədəki kəşfiyyat qrupuna ağır zərbə endirib. DİQQƏT.info xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb. Bildirilir ki, hər şey 14 ildir İsveçdə sürgün həyatı yaşayan iranlı müxalif Həbib Çabın (Habib Chaab) Türkiyəyə gəldikdən sonra itkin düşməsi ilə başlayıb. Əldə olunan məlumata görə, H.Çab İran kəşfiyyatına işləyən narkobaron Naci Şərifi Zindaşti tərəfindən tələyə salınıb. Belə ki, Zindaşti iranlı müxalifin keçmiş xanımına təzyiq göstərərək, onu Türkiyəyə çağırmağı tələb edib. Keçmiş xanımı Çaba onu görmək istədiyini deyib və İstanbula çağırıb. Oktyabrın 9-da İstanbula gələn iranlı müxalif keçmiş xanımının olduğunu fikirləşdiyi avtomobilə minib. Mindiyi avtomobildə Zindaştinin adamları tərəfindən qaçırılıb. Zindaştinin adamları Çabı Van şəhərindən alternativ yolla İrana aparıb. Məsələ ilə bağlı araşdırma aparan MİT İran kəşfiyyatına bağlı hücrəni çökdürüb. Əməliyyatlar zamanı Zindaşti üçün işləyən və hadisədə əli olan 11 nəfər saxlanılıb. /axar.az

130 views0 comments

Recent Posts

See All

Comments


bottom of page