top of page

Mehdiyev "Heydər Əliyev" ordenindən məhrum ediləcək - YAP müzakirə edir

  • Xuraman Həmidova
  • Feb 12, 2021
  • 1 min read

ree

Prezident Adminstrasiyasının sabiq rəhbəri, AMEA-nın prezidenti Ramiz Mehdiyevin “Heydər Əliyev” ordenindən məhrum ediləcəyi gözlənilir.

DİQQƏT.info xəbər verir ki, bu iddia ilə sabiq millət vəkili Alqış Musayev çıxış edib.

O bildirib ki, hazırda bu məsələ ilə bağlı YAP-da müzakirələr gedir.

“Deyilənə görə, YAP-ın rəhbərliyində Ramiz Mehdiyevin “Heydər Əliyev” ordenindən məhrum edilməsiylə bağlı müzakirələr gedir. Bu məsələnin yaxın günlərdə qaldırılacağı gözlənilir”, – deyə A.Musayev qeyd edib.

Xatırladaq ki, Prezident İlham Əliyev 2019-cu ilin 23 oktyabrında R.Mehdiyevin “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Elə həmin gün Prezident R.Mehdiyevi qəbul edərək ona ordeni təqdim edib./sfera.az



Comments


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page