top of page

Masallıda BƏDBƏXT HADİSƏ: 11 yaşlı qız hamam otağında ölü tapıldı

  • Xuraman Həmidova
  • Mar 19, 2021
  • 1 min read

Masallı rayonunda bədbəxt hadisə baş verib.

DİQQƏT.info bildirir ki, “Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə Masallı rayonunun Ərkivan qəsəbəsində qeydə alınıb

Belə ki, 2010-cu il təvəllüdlü qəsəbə sakini Zəhra Tofiq qızı Məmmədovanın cansız bədəni hamam otağında aşkar edilib.

Onun yıxılaraq travma aldığı və bu səbəbdən dünyasını dəyişdiyi ehtimal olunur. Faktla bağlı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Comments


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page