top of page

Lənkəranda 29 yaşlı gənc su quyusunda ölü vəziyyətdə tapildı

  • Xuraman Həmidova
  • Mar 14, 2021
  • 1 min read

Lənkəran rayonunda bədbəxt hadisə baş verib.

DİQQƏT.info xəbər verir ki, rayonun Günəhir kənd sakini, 1992-ci il təvəllüdlü Fətullayev Faiq Mirağa oğlunun cansız bədəni həyətlərindəki su quyusunda aşkar edilib.


Ailə üzvləri bildirib ki, F.Fətullayev dünən axşam evə gəlməyib və onun Bakıya getdiyi güman olunub.

Lakin bu gün onun meyiti həyətlərindəki su quyusunda tapılıb.

Meyit aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı Rayon Prokurorluğunda araşdırma aparılır./konkret.az

Comments


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page