Londonda fəaliyyət göstərən “Natavan Group UK” adlı diaspor təşkilatının təşəbbüsü ilə Novruz bayramı ilə əlaqədar şəhərin qədim tarixə malik 50-yə yaxın metro və qatar stansiyasında üzərində “Azerbaijan-Happy Novruz”, “Azerbaijan-Land of Fire”, “I.Aliyev: Shusha, Karabakh - Cultural capital of Azerbaijan”, “Azerbaijan - Centre of Multiculturalism” yazılarının və müvafiq şəkillərin əks olunduğu lövhələrin yerləşdirilməsi erməniləri həyəcanlandırıb.
DİQQƏT.info xəbər verir ki, Ermənistanın İngiltərədəki səfirliyi və müxtəlif erməni təşkilatları bu bilbordlarda əksini tapan abidələrin guya “ermənilərə aid olması” barədə şəhər rəhbərliyinə böhtan dolu müraciətlər etdiklərini bildiriblər.
Bütün mədəniyyətlərini, musiqilərini, həyat tərzlərini, mətbəxlərini azərbaycanlılardan oğurlayaraq, özlərinə qondarma tarix yaradan, İrəvan xanlığının ərazisində isə özlərinə dövlət quran ermənilər guya müraciətlərinin “nəzərə alındığını”, bilbordların “tədricən”, “yavaş-yavaş” sökülməyə başladığını iddia ediblər. “Tədricən sökülməyə başladığı” informasiyasının ardınca isə həftə sonunda “Qələbə, biz bilbordları tam sökdürdük!” kimi eybəcər kampaniya da apara bilərlər.
Ancaq məsələ burasındadır ki, bilbordlar martın 14-dən yerləşdirilib və əvvəlcədən razılaşdırıldığı kimi, iki həftə müddətində nümayiş olunmalıdır. Yəni Ermənistanın Britaniyadakı səfirliyi erməni mediasına, yumşaq desək, ağ yalan danışır. Bilbordlar artıq 10 günə yaxındır ki, nümayiş olunur və bir neçə gündən sonra, müqaviləyə uyğun olaraq, çıxarılacaq.
Xatırladaq ki, şəhər əhalisinin ən çox istifadə etdiyi metro stansiyalarında qurulan bilbordlar böyük təbliğat vasitəsi kimi istifadə edilməkdədir. Təşəbbüsə Böyük Britaniyadakı səfirliyimiz də dəstək verib.
Əlavə edək ki, BMT TŞ-nin daimi üzvündən yalnız Böyük Britaniya 44 günlük müharibə zamanı Azərbaycana birmənalı dəstək verib./axar.az
Comments