Ermənistan dövləti hərbi əməliyyatlara hazır olmaması və bir sıra səhvlər üzündən Dağlıq Qarabağda məğlub oldu. Mütəxəssislər RBK-ya müsahibələrində baş verənlərin səbəblərini sadaladılar. “Kəşfiyyat vasitələri müharibənin vacib elementidir. Azərbaycanın əsas üstünlüyü burada idi”, – deyə Ali İqtisadiyyat Məktəbinin Hərtərəfli Avropa və Beynəlxalq Araşdırmalar Mərkəzinin sektor müdiri Vasili Kaşin bildirib. “Zərərvermənin əsas vasitəsi kəşfiyyatın kömək etdiyi topçular idi”, – deyə Kaşin əlavə edib ki, “ermənilər düşmənin hərbi obyektlərinin yerləşməsi barədə zəif məlumata malik idilər. Və hava hücumundan müdafiə sahəsində də təsirsiz hərəkət edirdilər”. Artıq 25 gündür ki, Qarabağda silahlar susub. Ermənilər kimi azərbaycanlılar da Qarabağa qayıdırlar. Qarşılıqlı nifrəti məğlub edərək ermənilərlə azərbaycanlılar dil tapıb birgə yaşaya biləcəklərmi? Hərbi ekspert Karen Vrtanesyan hesab edir ki, “İrəvanın əsas səhvi müharibə üçün heç bir hazırlığın olmaması idi. Dövlət aparatı hərbi vəziyyətə hazır deyildi. Tez-tez baş verən “kadr sıçrayışları” və səriştəsiz hərbi komandanlıq Ermənistan ordusunun biabırçı məğlubiyyətini qaçılmaz etdi”. Tək bir faktı deyək ki, 2018-ci ilin “məxməri inqilab”dan sonra Ermənistanda Milli Təhlükəsizlik Xidmətinin (MTN) rəhbərliyi 4 dəfə, Müdafiə Nazirliyinin baş qərargah rəisi 3 dəfə, habelə Qarabağ müdafiə ordusunun komandiri 3 dəfə dəyişdirildi. Vrtanesyan qeyd edib ki, “Birinci Qarabağ müharibəsinin təcrübəli iştirakçılarına qoşunlara nəzarət etmək qadağan edildi. Peşəkarlarlar ordudan kənarlaşdırıldı”. Dağlıq Qarabağdakı döyüşlər noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiyanın ortaq bəyanat imzalamasından sonra sona çatdı. Sənədin şərtlərinə görə, Qarabağ ərazilərinin çoxu Bakının nəzarətinə keçdi. “Lenta .ru” 3 dekabr 2020 Tərcümə etdi: Surxay Atakişiyev, KONKRET.az
Xuraman Həmidova
Comentarios